Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, sənədlər və digər əşyalar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri yalnız həmin fəaliyyəti həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.