Hər bir investisiya şirkəti qanunla qorunan məlumatlar istisna olmaqla, fəaliyyəti barədə əhəmiyyətli hesab etdiyi digər məlumatları da açıqlaya bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqlarının qorunması arasında tarazlıq saxlanılmalıdır. Məlumatların açıqlanması qaydası və dövriliyi, tərkibi və istifadəçilərə çatdırılma qaydası, habelə bu proseslərin daxili nəzarətlə əhatə olunması mexanizmi bu Standartların tələbləri nəzərə alınmaqla investisiya şirkətlərinin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili qaydalarla müəyyən olunur.