Komplayens funksiyasının rəhbəri(ləri)nin ən azı hansı meyarlara cavab verməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komplayens funksiyasının rəhbəri(ləri) ən azı aşağıdakı meyarlara cavab verməlidir:
– maliyyə sektorunda nəzarət funksiyasında ən azı 2 (iki) illik iş təcrübəsinin olması;
– məqbul və lazımi keyfiyyətlərə malik şəxs olması.
– Komplayens funksiyasının fəaliyyətinin effektiv təmini üçün daxili audit xidməti ilə adekvat məlumat mübadiləsi təmin edilməli və ən azı ildə bir dəfə funksiyanın effektivliyi daxili audit xidməti tərəfindən qiymətləndirilməlidir.
– Komplayens funksiyasının rəhbər(lər)i Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir.