“Azercell Telekom” MMC-nin xidmətlərinin keyfiyyətində problemlər artır.

Heftelik.az-ın məlumatına görə, artıq Bakının Yasamal rayonundan da redaksiyamlza şikayətlər daxil olur.

Redaksiyaya daxil olan müraciətlərdə bildirilir ki, xüsusən son 6 ayda  Yasamal rayonunda da mənzillərdə “Azercell” istifadəçilərinin mobil telefondan istifadəsi müşkülə çevrilib.

Qeyd edək ki, bundan əvvəl Səbail rayonunda anoloji problemlə əlaqədar Heftelik.az-a kütləvi şikayətlər daxil olub. O cümlədən Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş birinci və ikinci binalarda peşələri ilə əlaqədar mobil telefondan tez-tez istifadə etmək məcburiyyətində qalan jurnalistlərin də əsəblərinin tarıma çəkildiyi məlum olmuşdu.

Anoloji problemlə əlaqədar redaksiyaya Badamdardan da çoxsaylı şikayətlər daxil olub. Mənzillərdə “Azercell” istifadəçilərinin mobil telefonla əlaqə saxlaması faktiki müşkülə çevrilib. Elə bunun nəticəsidir ki, mobil telefonla danışmaq üçün whatsapp-dan istifadə etmək məcburiyyətində qalanların sayı həndısi sürətlə artır.

Bəs demək olar ki, hər gün reklamları ilə yazılı, elektron medianı, telekanalları zəbt edən “Azercell Telekom” MMC-nin mobil şəbəkəsindəki problemin səbəbi nədir? Bu, avadanlıqların yenilənməməsi, daha çox yüklənməsi, yaxud başqa problemlərlə əlaqədardır?

Heftelik.az yenə də ümid edir ki,  “Azercell Telekom” MMC reklam kampaniyalarından vaxt taparaq real problemlərin həlli ilə də məşğul olacaq.