Təəssüf ki, Fransanın əlaltısına çevrilən bir qrup avropalı parlamentari təmsil olunduqları ölkələri də gözdən salmış olurlar
Bu gün bir çox Qərb ölkələri nə qədər demokratiyadan danışsalar da, amma yürütdükləri qərəzli siyasətlə demokratiyanı ayaqlar altına atmış olurlar. Biz bunu Fransanın timsalında açıq-aydın görürük. Məhz Fransanın Azərbaycana qarşı flaqmanlıq etdiyi qara kampaniyaya qoşulan ölkələrin sayı artmaqdadır. Əlbəttə ki, bu, siyasi qısqanclıqdan irəli gəlir. Ermənistana milli-mənəvi baxımdan yaxın olan ölkələr bu kampaniyalarda aktiv iştirak edirlər. Həmçinin Almaniya da xristian ölkəsi olaraq Ermənistanı bir çox hallarda dəstəkləyən ölkələr sırasındadır. Maraqlıdır ki, təkcə Almaniya dövləti deyil, alman xalqı da ermənilərə öz isti münasibəti ilə seçilir. Amma bütün hallarda Almaniya Fransa kimi açıq şəkildə Ermənistanı müdafiə etmir. Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bu baxımdan Almaniyanın neytrallıq nümayiş etdirdiyini bildirib. “Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Fransa kimi ölkələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilmirlər. Buna görə də ölkəmizə qarşı böhtançı çıxışlar edirlər. Amma yayılan məlumatlar görə, hazırda Fransada seçki saxtakarlığı, dözümsüzlük, hökumətin təqibləri, korrupsiya, iştən atılanların etirazları, sosial narazılıqlar və s. artmaqdadır. Fransada da söz azadlığı mütləq deyil. Ayrıseçkilik və siyasi səbəblərdən həbs olunmuş insanlar da var.
Cənab Prezident görüşdə Azərbaycana qarşı əsasız iddialar səsləndirənlərə də sərt mesaj verib: “Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir”. Göründüyü kimi, biz haqlı tərəfik. Mübarizlik göstərib işğalçını torpaqlarımızdan qovmuşuq. Fransa isə törətdiyi soyqrımları bu gün də danır. Bu ölkə hələ özündə söz azadlığı və demokratiyanı tam şəkildə yarada bilməyib. Çünki onların gerçəkləşdirilməsi üçün öz siyasi maraqlarından keçməlidirlər. Hər bir mədəniyyətin özünəməxsus azadlıq məhdudiyyətləri var. Bu məhdudiyyətlər həmin cəmiyyətdə hökm sürən ictimai dəyərlərə əsaslanır. İctimai dəyərlər cəmiyyətlər arasında fərqlidir və hər bir cəmiyyət hər hansı səbəbdən məhz öz dəyərlərini mütləq həqiqət kimi görüb, bütün başqa cəmiyyətlərin dəyərlərini pisləyir. Azərbaycan cəmiyyəti azadlıq və demokratiyanı ən yüksək dəyər kimi görür. Lakin Qərbdə bu dəyərlərin tərifi fərqlidir…
Biz vaxtilə dünyanı bürüyən maliyyə böhranı, eləcə də COVİD-19 günlərində Avropanın necə çökdüyünün şahid olduq. Əksər Avropa ölkələri, elə Fransa və Almaniya hökumətləri də həmin günlərdə böhranın onlara təsiri etmədiyini bildirdilər. Lakin yayılan məlumatlardan göründürdü ki, hər iki ölkə bu böharının içində çabalayırdılar.
Məhz bu qlobal hadisələrdən sonra Avropanın və Avropa Birliyinin, o cümlədən Avropa Şurasının gələcək səmərəliliyini artıq hər kəs şübhəli görünür. Çünki Avropa ölklərinin nə təşkilat olaraq, nə də fərdi olaraq birliyini görə bilmədik. Ona görə də öz problemlərini həll edə bilmədilər. Belə dəsək, Avropa bu imtahandan üzağ çıxa bilmədi.
Alman perlamentarilərinin Azərbaycana qarşı beynəlxalq kampanyilara qoşulması siyasi maraqlara xidmət edir. Əlbəttə ki, bu və yerli KİV-lərində yayımlanan məlumatlar Almaniya hökumətinin rəsmi siyasətini əks etdirmir. Prezident nitqində Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı edilən əsasız çıxışlara və reallığa uyğun olmayan addımlara da toxunub: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Təəssüf ki, Fransanın əlaltısına çevrilən bir qrup avropalı parlamentari təmsil olunduqları ölkələri də gözdən salmış olurlar.
Nəzərə çatdıraq ki, bu gün Avropa ölkələrində demoqrafik böhran da yaşanır. Eyni zamanda ailə və digər ənənəvi cəmiyyət institutları sıradan çıxmaqdadır. Bu problemlərin uzaq gələcəkdə Fransa, Almaniya və s. Avropa ölkələrinin iqtisadiyyatına da öz mənfi təsirini göstərəcəyi proqnozlaşdırılır. Azərbaycan isə bunun əksinə olaraq ildən-ilə daha da güclənir və inkişaf edir.
Zenfira Nurullayeva,
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi