Bölmələrin əməkdaşlarının investisiya şirkətində istənilən məlumat bazasına, daxili əməliyyat sistemlərinə, habelə daxili auditin hesabatlarına çıxışı təmin olunmalıdır.
Risklərin idarə edilməsi prosesi investisiya şirkətində risklərin effektiv idarə edilməsi üçün lazımi prosedur və qiymətləndirmə metodologiyalarını əhatə edir. İnvestisiya şirkətinin fəaliyyətində yaranan risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları investisiya şirkətinin risk profilinin həcmi və mürəkkəbliyinə uyğun tətbiq edilir. Risklərin qiymətləndirilməsi prosesində ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə riskləri də nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.