Risklərin idarəolunması sistemi təhlükələrin təhlili mexanizmini, nəzarət formalarının seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə cəmləşdirən tədbirlərin məcmusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Riskin qiymətləndirilməsi riskin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üzrə tədbirlər məcmusu, risk sahəsi Dövlət Gömrük Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətində riskin baş verdiyi və ya baş verməsi ehtimal olunan sahələr, risk sahibi riski idarə etmək üçün məsuliyyətə və səlahiyyətə sahib olan Komitənin vəzifəli şəxsi və ya struktur bölməsidir.