Daxili və xarici amillərin gömrük orqanlarının fəaliyyətinə təsiri, o cümlədən qarşıya qoyulmuş hədəflərin (vəzifələrin) reallaşdırılması məqsədilə risklərin qruplaşdırılması və onların hədəflərə uzlaşdırılması həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.

Risklərin idarəolunması sistemi çərçivəsində Dövlət Gömrük Komitəsinin qarşısında duran əsas strateji hədəflər aşağıdakılardır:

–  büdcə daxilolmalarının təmin olunması;

– səlahiyyət çərçivəsində ölkənin milli, vətəndaşların sağlamlığı, ətraf mühit, yerli istehsalçıların müdafiəsi və əqli mülkiyyət hüquqları ilə əlaqədar təhlükəsizliyinin təmin olunması;

– ticarətin asanlaşdırılması.