Stasionar avadanlıqları olan dərinə salınmış açıq həcmli qurğular sərt konstruktiv sxem üzrə layihələndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin  hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Stasionar avadanlıqları olmayan dərinə salınmış açıq qurğular aşağıdakı kimi layihələndirilməlidir:

– planda düzbucaqlı – sərt konstruktiv sxem üzrə;

– dairəvi – yeraltı sular olduqda  – sərt konstruktiv sxem üzrə və yeraltı sular olmadıqda divardan deformasiya tikişləri ilə ayrılan alt hissə ilə –  kombinə olunmuş sxem üzrə.

Yeraltı suların səviyyəsi yüksək olan meydançalarda dərinə salınmış həcmli qurğuların tikintisi layihələndirilərkən elastik tikişlərin konstruksiyası ikitərəfli hidrostatik təzyiqin qəbul edilməsini təmin etməlidir.