Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar.