Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar Rayon Ucar şəhər 3 nömrəli tam orta məktəbində 14 mart 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmalarının və baxımsızlığının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilib. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilib, şagirdlərlə mövzulara uyğun diskussiya aparılıb və şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb.
Tədbirin sonunda fəal iştirak edən şagirdlər Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən mükafatlandırılıb.