Risk limitləri daim monitorinq edilir, mövcud bazar şərtlərinə və investisiya şirkətinin strategiyasına uyğun olaraq dəyişdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin daxili nəzarət sistemi davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini, investisiya şirkətinin fəaliyyətinin uzunmüddətli gəlirliliyini, etibarlı və şəffaf hesabatlılıq sisteminin təşkilini, mühasibat və hesabatlılıq sistemlərinin qiymətləndirilməsini, investisiya şirkətinin fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərinə və investisiya şirkətinin daxili qaydalarına uyğun olmasını, fövqəladə hallarda investisiya şirkətinin fəaliyyətinin davamlığını təmin etməlidir.