Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.
Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.