Gəncə şəhərində yol infrastrukturunun yenidən qurulması həyata keçirilir. Yolların mühafizəsinə diqqət artırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında yerləşən Tunc dövrünə aid kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur: “Bu ərazinin xüsusi qoruq ərazisinə çevrilməsi və ya Heydər Əliyev Park kompleksinin ərazisinə birləşdirilməsini təmin etmənizi xahiş edirəm”.