Gündəlik Müşahidə Şurası, Audit Komitəsi və icra orqanı üzvləri (təkbaşçı icra orqanının rəhbəri), habelə mühüm iştirak payına malik olan səhmdarlar və ya səsvermə hüququ olan səhmlərin azı 5 (beş) faizinin mülkiyyətçiləri olan səhmdarlar tərəfindən verilən təkliflər nəzərə alınmaqla tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilir. Gündəlikdə nəzərdə tutulmayan təxirəsalınmaz və gözlənilməz məsələlərin müzakirəsinə və müvafiq qərarların qəbul edilməsinə həmin iclasda Müşahidə Şurasının bütün üzvləri iştirak etdikdə və sadə səs çoxluğu ilə razılıq olduqda yol verilir.