Risklərin idarəolunması üzrə hər bir fəaliyyət ilkin olaraq hansı sahənin idarəolunmasının müəyyənləşdirilməsindən başlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Bu mərhələdə risklərin idarəolunmasının hansı kontekstdə baş tutması, yəni qarşıya qoyulan hədəflər və həmin hədəflərə uyğun hansı risklərin idarə olunacağı dəqiqliklə ifadə olunmalıdır (misal olaraq kontekst gömrük orqanlarının ümumi fəaliyyəti və ya onun hər hansı istiqaməti, təşkilati proses, layihə, səciyyəvi sərhədkeçmə əməliyyatları və s. ola bilər).