Şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyəti götürülsün.
Heftelik.az-ın məlumatına görə, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Deputat minimum həddə əmək pensiyası alan pensiyaçıların sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılmasını təklif edib: “Bakı-Gəncə Ağstafa sürət qatarından qərb bölgənin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılmasını da təklif edirəm”.