İcra orqanı investisiya şirkətinin illik büdсəsinə razılıq verir və büdcə ilinin başlanmasından əvvəl səhmdarların ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının təsdiqinə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İcra orqanı eyni zamanda risklərin idarə edilməsi siyasətinin həyata keçirilməsini təmin edir, investisiya şirkətinin məruz qaldığı riskləri təhlil edir və aşkar edilən zəifliyin aradan qaldırılması üçün zəruri tədbirlər görür, risklər və onların idarə edilməsinə dair Müşahidə Şurasına hesabatları təqdim edir.