Açıqlanan məlumatlar investisiya şirkətinin internet saytının istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrı bölməsində və excel və ya digər ixrac oluna bilən formatda yerləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin maliyyə hesabatları yerləşdirildiyi tarixdən ən azı üç il ərzində, digər açıqlanan məlumatlar isə yenilənənədək investisiya şirkətinin internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların investisiya şirkətinin internet səhifəsində məlumatların yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə (onun adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı) məlumat göstərilməlidir.