Mükafatın ödənişi investisiya şirkətinin kapital adekvatlığının pisləşməsinə yol verməməli və uzunmüddətli dövrdə kapital dayanıqlığına mənfi təsir etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin əməkdaşları və idarəetmə orqanları üzvlərinin (Müşahidə Şurasının investisiya şirkətinin bölüşdürülməmiş mənfəətinin faizi şəklində muzd alan üzvləri istisna olmaqla) əməyinin ödənilməsi yalnız mükafatlar vasitəsilə (vəzifə maaşı olmadan) həyata keçirilməməlidir.