Müşahidə Şurasının hər bir üzvü daxili auditorlara investisiya şirkətinin əməkdaşları tərəfindən investisiya şirkəti və investisiya şirkətinə aidiyyəti olan şəxslər haqqında bütün lazımi məlumatların və sənədlərin verilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Müşahidə Şurasının hər bir üzvü ildə ən azı bir dəfə icra orqanı üzvlərinin (təkbaşçı icra orqanının) peşəkarlığını, investisiya şirkətinin mənfəətlə işləməsində, maliyyə vəziyyətinin sabit olmasında və strateji məqsədlərə vaxtında nail olunmasında onların xidmətlərini, habelə tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməlidir.