Risk koordinatoru risk sahibi tərəfindən müəyyən olunan, risklərin idarəolunması ilə bağlı fəaliyyəti əlaqələndirən Komitənin müvafiq struktur bölməsinin vəzifəli şəxsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Nəzarət sahibi risklərin idarə edilməsi prosesində Komitənin nəzarət tədbirlərinin həyata keçirilməsinə cavabdeh struktur bölməsi və ya vəzifəli şəxsi, risk meneceri gömrük orqanlarının vahid sistemində risklərin idarə edilməsinə, bu sahədə inzibatçılığın, kommunikasiyanın təşkil olunmasına və bu Qaydalarda nəzərdə tutulan vəzifələrin icra edilməsinə Komitənin cavabdeh struktur bölməsi və ya vəzifəli şəxsidir.