Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ilk həmkarlar təşkilatının 2017-2023-cü illərdə gördüyü işlər barədə hesabat yığıncağı keçirilib.
Heftelik.az-ın məlumatına görə, iclası giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq tədbir iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlikdə duran 3 məsələ müzakirə olunub.
Gündəlikdə duran birinci məsələ ilk həmkarlar təşkilatının 2017-2023-cü illərdə gördüyü işlər barədə hesabatla bağlı olmuş və bu barədə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ilk həmkarlar təşkilatının sədri Xəyyam Səmədzadə çıxış edərək görülmüş işlər barədə hesabatı iştirakçıların nəzərinə çatdırıb.
Gündəlikdə duran ikinci məsələ Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ucar Rayon Komitəsinin aprel-may ayında keçiriləcək rayon konfransına nümayəndələrin seçilməsi ilə bağlı olub. Bu barədə Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ucar Rayon Komitəsinin sədri Mehman İbadov çıxış edərək məlumat vermiş və konfransa nümayəndələrin seçilməsi təmin olunub.
Gündəlikdə duran üçüncü məsələ Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ilk həmkarlar təşkilatının yeni sədrinin və tərkibinin seçilməsi ilə bağlı olmuşdur. Bu barədə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov çıxış edərək Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ilk həmkarlar təşkilatının yeni sədr və tərkibinin seçilməsi ilə bağlı təkliflər verib. Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ilk həmkarlar təşkilatının yeni sədri və üzvləri seçilmişdir. Mövzu ilə əlaqədar müzakirələr aparılmış, Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Mirzalı Ağamalıyev çıxış edib.