Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 15 mart 2024-cü il tarixdə rayonun Qarabörk kəndində səyyar qəbul keçirib.
Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Qarabörk, Rəstəcə və Gəraybəyli kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.
Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.