Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımovun yaratdığı Bülbül Vokal Məktəbinin tələbələri ilk hesabat konserti ilə çıxış ediblər.
Heftelik.az-ın məlumatına görə, konserti giriş sözü ilə açan Ramil Qasımov qeyd edbi ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması və geniş vüsət alması məhz dahi Bülbülün adı ilə bağlıdır.
O bildirib ki, yaratdığı vokal məktəbi məhz Bülbülün miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənir. Əməkdar artist tələbələrinə uğurlar arzulayaraq onlara hər zaman dəstək olacağını vurğulayıb.
Konsert zamanı Bülbül Vokal Məktəbinin tələbələri dünya və Azərbaycan bəstəkarlarının klassik nümunələrini məharətlə ifa ediblər.
Sonda tələbələrin ifasında Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.