Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Heftelik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.
APA-nın yaydığı məlumatda bildirilir ki,hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.