Ermənistan və Azərbaycan uzun illərdən sonra dayanıqlı və davamlı sülhə nail olmaq üçün fürsət əldə ediblər.
Heftelik.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Mən Azərbaycan Prezidentinin “hər iki tərəfin sülhə həmişəkindən daha yaxın olması” fikrini qiymətləndirirəm. Azərbaycanı Ermənistanla dayanıqlı sülhün əldə olunmasına təşviq edirəm”, – Baş katib vurğulayıb.