Aşkarlanmış hər bir risk təsvir və təhlil edilməklə identifikasiya olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Risklər identifikasiya olunarkən onların yaranma səbəbləri sistemli şəkildə təhlil edilir və aşağıdakı sahələrə xüsusi diqqət yetirilir:
– riskin yaranma mənbəyi;
– riskin yaranma səbəbi və şəraiti;
– riskin müəyyən edilməsi və qarşısının alınması üçün tətbiq oluna biləcək tədbirlər və bunun üçün mövcud imkanlar;
– nəzarət və hesabatlılıq mexanizmləri;
– riskə dair əldə edilmiş məlumatın etibarlıq dərəcəsi.