İnvestisiya şirkətinin bütün fəaliyyət sahələri (kənar xidmətdən istifadə edilməklə icra edilən fəaliyyətlər daxil olmaqla) audit funksiyasının əhatə dairəsinə daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Audit funksiyasının effektivliyinin təmini məqsədilə Müşahidə Şurası audit funksiyasının bütün məlumat bazasına, o cümlədən investisiya şirkətinin əmlakına tam və qeyd-şərtsiz çıxışını, habelə audit funksiyasının tövsiyələri üzrə icra orqanı tərəfindən zamanında və effektiv tədbirlərin görülməsini təmin edir.