Risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələri investisiya şirkətinin fəaliyyətinə aid risklərin növlərini və ölçüsünü göstərən dövri hesabatların etibarlı, şəffaf, kompleks şəkildə və vaxtında hazırlanmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Bu bölmələr eyni zamanda risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təklifləri Müşahidə Şurasına təqdim edir. Müşahidə Şurası zəruri hesab etdiyi halda təkliflərə icra orqanı tərəfindən rəy bildirilməsini tələb edə bilər.