Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq-Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.
Heftelik.az APA-ya istinadən verdiyi məlumata görə, Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan tədbirlər bundan sonra da davam etdiriləcək.