Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısında dəyişiklik edilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib.
Bu siyahıda Astara dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) ilə əvəzlənib.