Risk profili risklə bağlı məlumatları özündə əks etdirən, müəyyən risk indikatorlarına cavab verdikdə riskin qarşısının alınması və ya minimallaşdırılması üzrə zəruri tədbirlərin tətbiq edilməsi məqsədilə elektron sistemdə gömrük əməkdaşı üçün göstərişdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi risklərin idarəedilməsi Qaydararı”nda əksini tapıb.
Risk meyarı riskin əhəmiyyətini qiymətləndirən şərtlər, risk indikatoru riskin baş vermə ehtimalını əks etdirən göstəricilər, məlumat mənbələri risklərin idarəolunması sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə kağız və elektron formada mötəbər informasiyanı əks etdirən sənədlər və digər elektron məlumat daşıyıcılarıdır.