İşlənmiş polad boru kəmərlərinin etibarlılığı adi tikinti şəraitində təsir edən yük birləşmələri zamanı möhkəmliyə, dayanıqlılığa, deformasiyalara (öz-özünü kompensasiyaya) və qrunt massivinin işlənməsi nəticəsində, onun üfüqi və şaquli yerdəyişmələri ilə şərtləndirilən əlavə təsirlərə hesablanmaqla təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
İşlənmiş boru kəmərlərinin yoxlamaya hesablanması onun istiqamətinin əsas ölçülərinin, işlənmə sahəsində qruntun şaquli və üfüqi yerdəyişmələrinin proqnoz hesablarının seçilməsindən sonra yerinə yetirilir.