Komitələr Müşahidə Şurasının üzvlərindən və (və ya) müstəqil kənar üzvlərdən formalaşdırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Komitənin sədrləri və üzvləri Müşahidə Şurası tərəfindən təyin edilir. Komitənin sədrləri Müşahidə Şurasının üzvləri sırasından təyin edilir. Komitə üzvlərinin bilik, bacarıq və təcrübəsi komitənin fəaliyyətinə uyğun olmalıdır. Uyğunluq komitə üzvlərinin təyini zamanı Müşahidə Şurası tərəfindən nəzərə alınmalıdır.