Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı III Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur.
Heftelik.az-ın xəbərinə görə, məlumatı Bukingem sarayı yayıb.
Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barədə məlumat yayılmışdı.
***
saat 16.07
Böyük Britaniya kralı III Çarlzın 75 yaşında vəfat etdiyi xəbəri yayılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusdilli sosial şəbəkələrdə məlumat yayılıb.
O, 2023-cü ilin mayında rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib.
Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.