Azərbaycan xalqının incəsənət tarixi çox qədim dövrlərə söykənib. Bu tarix boyu incəsənət müəyyən restavrasiyalardan keçib. Hər bayramın özünü xatırladan ənənəsi var. Hansi ki həmin ənənənin adı çəkiləndə bizim yadımıza o bayramla bağlı təəssürat yaranır. Novruz bayramı da ta Avestanin odu təcəssüm etməsindən bəri odu təmsil etmişdir. Bu bayram daha çox yaddaşlarda küsülü münasibətlərin qırılıb yerini mehribançılığa verməsi kimi qalır. Həmçinin bu bayramda müəyyən şirniyyat növləri olan şəkərbura, paxlava, qoğal qonşu xanımlar tərəfindən bir yerdə köməkləşərək, isti münasibət kölgəsində hazırlanır. Və bayramın uşaqdan böyüyə maraqla gözlənilən anı olan tonqal mərasimidir. Əsasən kənd yerlərində məhəllə uşaqlarının gün ərzində odunlardan tonqal qurduğu, o həyəcandan gecə tonqalın ətrafına yığılıb söhbət etdikləri göz oxşayan mənzərədir. Bayram gününə hazırlıq mərhələsində bəzənən yumurtalar, hazırlanan xonçalar, təmizlənən evlər hamısı bayramın gəlişindən xəbər verir. Bu sadalanan hər bir ənənə bizim milli adət-ənənələrin ayrılmaz hissələridir. Bizə bunlar nəsillərdən ərməğan edilib. Və bizim də borcumuz bu adət-ənənələri dəyişdirmədən, eyni formada gələcək nəsillərə ötürməkdir. Çünki bir dövlətin adət-ənənəsi nə qədər güclü olarsa onu məhv etmək bir o qədər imkansız olar ….
Nərmin Xanbutayeva,
Nəsimi Rayon Gənci