Mükafatlandırma siyasətində dair şərtlərə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan investisiya şirkətinin əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:
– investisiya şirkətinin xüsusi kateqoriyaya aid olan işçiləri;
– investisiya şirkətində nəzarət funksiyasında olan əməkdaşlar (bu kateqoriyaya investisiya şirkətinin risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir);
– investisiya xidmətlərini həyata keçirən mütəxəssislər və belə struktur bölmələrin rəhbərləri;
– investisiya şirkətinin əməkdaşlarına ödəniləcək mükafatın həcmi yoxlanılan struktur bölmənin fəaliyyətindən asılı olmamalı, habelə bu əməkdaşların müstəqilliyinə xələl gətirməməlidir.