Qüllə tipli qurğular sərt konstruktiv sxem əsasında layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə mühəndis qurğularının və boru kəmərlərinin hesablanma və layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Qülləli qurğuların yana əyilmədə hesablama qiyməti həddi qiymətini aşdıqda bünövrə dabanının ölçüləri böyüdülməlidir, mümkün dərəcədə qurğunun ağırlıq mərkəzi aşağı salınmalıdır, vant qurğuları, həmçinin istismar müddətində qurğunun düzləndirilməsi tədbirləri nəzərdə tutulmalıdır.