Risk LİMİTLƏRİ

18 Mart 2024, 13:00

Müşahidə Şurası risk iştahası bəyannaməsini, risklərin idarə edilməsi siyasətini və qaydalarını, risk limitlərini, habelə onlara dəyişiklikləri təsdiq edir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Müşahidə Şurası  investisiya şirkətinin fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə icra orqanı tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət edir.