Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatındadır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutuımuş əməlləri törətməkdə təqsirləndirililir.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb edilmişdirlər.