İcra orqanı risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələrin investisiya şirkətinin risklərinə adekvat şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İcra orqanı eyni zamanda investisiya şirkətinin digər struktur bölmələrinin risklərin idarə edilməsi funksiyalarını həyata keçirən struktur bölmələr ilə əməkdaşlığını təmin edir, habelə onun fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür.