Sübut edilməli hallar açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir:
– cinayət hadisəsinin baş vermə faktı və halları;
– şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi;
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;
– cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar;
– bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar.