18 mart 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunda Novruz bayramı qeyd olunub.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyulub.
Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov hamını Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib. Tədbirdə çıxış edən şəhid anası Xəysə Cavadova Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirib.
Bayram tədbiri Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayon Mədəniyyət Mərkəzinin, Ucar Rayon Uşaq İncəsənət Məktəbinin hazırladığı kompozisiyalar ilə davam edib.