Vergilərin müəyyən edilməsinin əsas şərtləri açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:
– vergitutma obyekti;
– vergitutma bazası;
– vergi dövrü;
– vergi dərəcəsi;
– verginin hesablanması qaydası;
– verginin ödənilməsi qaydası və müddəti.