Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.
Heftelik.az-ın məlumatına görə, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.
Şöbə rəisi bildirib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub: “Kütləvi məzarlıqda tapılan qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”.