Xüsusi kateqoriyaya aid olan işçilər investisiya şirkətinin risk profilinə əhəmiyyətli təsiri olan funksiyanı icra edən işçilərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İnvestisiya şirkətinin icra orqanının üzvləri (təkbaşçı icra orqanının rəhbəri), investisiya şirkətinin nəzarət funksiyasının (risklərin idarə edilməsi, komplayens və daxili audit funksiyalarını həyata keçirən struktur bölmələr) rəhbərləridir.