Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr açıqlanıb.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:
– rayon (şəhər) məhkəmələri;
– hərbi məhkəmələr;
– ağır cinayətlər məhkəmələri;
– Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi;
– Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
– apellyasiya məhkəmələri;
– Azərbaycan Respublikasının Ali Məhkəməsi.