Hər bir ölkənin özünəməxsus ərazi bütövlüyü və suverenliyi mövcuddur. Hər bir ölkə bunları qorumağı ön planda görür. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin qorunması hər bir vətəndaşı maraqlandırmalıdır .44 günlük Qarabağ müharibəsində bunun təsdiqini gördük. Bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Əsgərlərimiz vətən uğurunda döyüşməkdən 1 dəqiqə belə olsun çəkinmədilər, geriyə addım atmadılar. Hamının bir məqsədi var idi, vətənimizin ərazi bütövlüyünü qorumaq. Bu bir vətəndaş olaraq hər birimizin borcu idi. Həmçinin, digər ölkələr tərəfindən də başqa bir ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək göstərilir.
Nazənin Dadaşova
Nəsimi Rayon Könüllüsü