İsrail Qəzza zolağında Rəfah şəhərinə hücum əməliyyatına başlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fələstin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrail beynəlxalq reaksiyalardan yayınmaq üçün Rəfaha quru əməliyyatını hər hansı bir açıqlama vermədən başladıb.

İsrail Ordusunun Rəfaha hücumu dünən axşam saatlarında başlanıb. Artıq 14 nəfər həyatını itirib.

Qeyd edək ki, İsrailin Qəzzada əməliyyatını indiyə qədər dəstəkləyən ABŞ, Avropa ölkələri də 1.5 milyona qədər fələstinlinin sığındığı Rəfah şəhərinə hücumun yolverilməz olduğunu, bunun humanitar fəlakətə yol açacağını bəyan edib.